• Almalı-yulaflı pudinq resepti

Reseptin məlumatları Baxış sayı: 19 194

Tarix : 2-06-2014, 13:37

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
110 q yumşaldılmış kərə yağı
3 yumurta
1 ç.q. şəkər tozu
1 ç.q. limon sedrası
100 ml süd
125 q yulaf lopası
20 q nişasta
1 ç.q. qabartma tozu
3 göy alma
1 çimdik duz
1 çimdik darçın

Hazırlanması:
Yumurta ağlarını sarılarından ayırın.

Formanı bir qədər kərə yağı ilə yağlayın. Yağın qalanını yumurta sarıları, şəkər tozu, limon sedrası ilə ağarıncayadək çalın. Süd, yulaf lopaları, nişasta, qabartma tozu əlavə edib qarışdırın.

Almaların qabığını soyun. Cecəsini xüsusi bıçaqla çıxarın. Almalardan birini halqa, digərlərini xırda dilimlərə doğrayın.

Yumurta ağlarını 1 çimdik duzla möhkəm çalın. Sonra birinci kütlə ilə birləşdirib eynicinsli kütlə alınanadək qarışdırın. Xırda doğradığınız almaları əlavə edin.

Alınan kütləni formaya tökün, alma dilimlərini üzərinə düzün, sonra üstlərindən azca basın ki, ortalarından xəmir kürəsi çıxsın. 190 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: çimdik, kütlə, qabartma, ağlarını, çalın, qarışdırın, əlavə, nişasta, Yumurta, şəkər, yumurta, limon, yulaf, sedrası, formaya, kütləni, tökün, dilimlərini, Alınan, Sonra
BİZİ İZLƏYİN