• Almalı rulet resepti

Reseptin məlumatları Baxış sayı: 22 601

Tarix : 26-11-2014, 15:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurta
130 q un
140 q şəkər tozu
600 q alma
1 ç.q. darçın
şəkər pudrası

Hazırlanması:
Əvvəlcə iç hazırlayın. Almanı yaxşıca yuyub sürtgəcin xırda gözündən keçirin. Şirəsini süzün.

Almaya şəkər tozu və darçın əlavə edin (alma çox şirindirsə, şəkər tozunun miqdarını azaldın).

Xəmir: yumurtaları mikserlə yaxşıca çalın. Şəkər tozu əlavə edib yenə çalın. Un əlavə edib qaşıqla qarışdırın.

Siniyə perqament döşəyin, üzərinə almanı nazik yayın (kənarlardan yer saxlayın).

İçin üzərinə bərabər qaydada xəmiri yayıb hamarlayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Əgər biskvitin üzəri tündləşməyə başlayırsa, deməli, hazırdır, sobadan çıxarıb dəsmalın üzərinə qoyun. Səliqə ilə perqamenti çıxarın, biskviti rulet kimi bükün (təbii ki, almalı tərəf içəridə olmaq şərtilə). Üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, əlavə, yaxşıca, çalın, pudrası, darçın, sobadan, üzəri, tündləşməyə, başlayırsa, biskvitin, hazırdır, deməli, dəqiqə, Əvvəlcədən, hamarlayın, yayıb, dərəcə, qızdırılmış
BİZİ İZLƏYİN