• Kəsmikli-portağallı desert resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 10820

Tarix : 15.12.2014, 15:00

Bölmə : Meyvəli şirniyyatlar, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
4 ç.q. jelatin
3 portağal
250 ml 30-35%-li qaymaq
3 x.q. bal (şəkər tozu ilə əvəz edə bilərsiniz)
1 st. portağal şirəsi
300 q yumşaq kəsmik

Hazırlanması:
Jelatinin üzərinə 0,5 st. qaynadılmış soyuq su töküb 30-40 dəqiqə saxlayın.

Portağalın sedrasını (ağ hissəsi olmayan qabığını) xırda doğrayıb az miqdarda suda 15 dəqiqə qaynadın.

Kəsmiyə 2-3 x.q. bal qatın (eyni miqdarda şəkər tozu ilə də əvəz edə bilərsiniz).

1 st. portağal şirəsi əlavə edin.

Mikserlə eynicinsli kütlə alınanadək çalın.

Qaymağı ayrı qabda möhkəm çalın.

Soyumuş sedranı kəsmikli qarışığa əlavə edin.

Əritdiyiniz jelatini su hamamında qızdırın və isti-isti (qaynar yox!) kəsmikli kütləyə əlavə edin.

Sonra çalınmış qaymağı elə əlavə edin ki, köpüyü yatmasın.

Portağalları təmizləyib fal-fal doğrayın.

Dördbucaqlı formanın içinə perqament döşəyin. Dibinə və kənarlarına portağal dilimlərini düzün.

Formanın içinə kəsmikli kütləni tökün, bir gecə soyuducuda saxlayın.

Hazır deserti qaba tərs çevirin, istəsəniz, üzərinə portağal sedrası səpə bilərsiniz.
Kəsmikli-portağallı desert resepti - FOTO RESEPT

Nuş olsun!

Etiketlər: portağal, əlavə, kəsmikli, bilərsiniz, üzərinə, içinə, dəqiqə, çalın, şirəsi, miqdarda, saxlayın, şəkər, təmizləyib, Dördbucaqlı, formanın, Portağalları, doğrayın, qaymağı, qaynar, qızdırın
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN

Yandex.Metrica