Tərkibi: 200 ml su
200 q şəkər tozu
400 q banan
50 q ərik qurusu
50 q kişmiş
50 q badam
200 q quru süd
100 q kərə yağı
Hazırlanması:Şəkər tozunun üzərinə su töküb ocağa qoyun. Şəkər tozu əriyəndə xırda doğranmış banan əlavə edib 30-40 dəqiqə bişirin.
Bananlar bişən müddətdə ərik qurusu, kişmiş və badamı xırda doğrayın.
30-40 dəqiqə sonra, bananlar eynicinsli kütlə halına düşüb rəngi tündləşəcək. Bu zaman ərik qurusu, badam və kişmişi əlavə edib qarışdırın.
Qarışdıraraq quru südü əlavə edin.
Kərə yağını tavada əridin. Yağı südlü-meyvəli qarışığa əlavə edin, yaxşıca qarışdırın.
Formaya tökün, üzərinə plyonka çəkin, dondurucuda 30-60 dəqiqə saxlayın.
Nuş olsun!
Etiketlər: əlavə, qurusu, dəqiqə, üzərinə, qarışdırın, Şəkər, xırda, kişmiş, badam, banan, yağını, tavada, əridin, Qarışdıraraq, olsun, tündləşəcək, zaman, kişmişi, südlü, meyvəli