• Limonlu pirojnalar resepti

Reseptin məlumatları Baxış sayı: 17 006

Tarix : 9-06-2015, 16:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:

225 q un
80 q şəkər tozu
140 q soyuq kərə yağı
1 x.q. süd

iç:
2 limonun şirəsi və sedrası
150 q şəkər tozu
2 yumurta
20 q un

üzərinə:
şəkər pudrası

Hazırlanması:
Un, şəkər tozu və kərə yağını blenderə qoyun. Ovuntuq alınanadək xırdalayın, süd əlavə edib yenə çalın.
Xəmiri formaya döşəyin, kənarlarını qaldırın. Xəmirin üstünə perqament çəkin, yük qoyun (adətən, quru lobya tökürlər). 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
İç: blenderdə limon şirəsi və sedrasını, şəkər tozunu, yumurta və unu qarışdırın.
Formanı sobadan çıxarın, perqamenti üstündəkilərlə birlikdə götürün. İçi korjun üstünə tökün, hamarlayın. Formanı yenidən sobaya qoyub 20-25 dəqiqə bişirin.
Soyudun. Üzərinə şəkər pudrası səpib doğrayın.

Nuş olsun!
Etiketlər: şəkər, pudrası, Formanı, yumurta, üstünə, şirəsi, dəqiqə, qoyun, bişirin, sobadan, çıxarın, perqamenti, sedrasını, blenderdə, limon, üstündəkilərlə, tozunu, qarışdırın, tökün, Üzərinə
BİZİ İZLƏYİN