• Eton mess resepti

Reseptin məlumatları Baxış sayı: 13 529

Tarix : 22-03-2016, 10:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. giləmeyvə
1,5 st. yağlı qaymaq
50+30 q şəkər pudrası
1 ç/q vanil cövhəri
2-3 x.q. marsala (yaxud digər şirin şərab)
3 yumurtanın ağı
200 q narın şəkər tozu və ya şəkər pudrası
15 q qarğıdalı nişastası

* Şərabı limon şirəsi ilə əvəz edə bilərsiniz.

Hazırlanması:
Yumurta ağlarını 1 çimdik duzla çalın, şəkəri hissə-hissə əlavə edib möhkəm çalın. Lap sonda nişastanı əlavə edin.
Siniyə perqament döşəyin. Kütləni içinə yayıb 120 dərəcə qızdırılmış sobada 60-80 dəqiqə bişirin. Şəbəkənin üzərində soyudun.
Giləmeyvələri (moruq, çiyələk, qaragilə) çəngəllə və ya blenderdə əzin. Xırda doğramaq da olar. Şəkər pudrası (30 q) və marsalanı əlavə edin, qarışdırın.
Qaymağı vanil və şəkər pudrası ilə çalın.
Bezeni əlinizlə döğrayın. Kremankalara, yaxud stəkanlara lay-lay düzün - beze+qaymaq+giləmeyvə püresi.

Nuş olsun!
Etiketlər: pudrası, şəkər, çalın, əlavə, hissə, yaxud, vanil, giləmeyvə, qaymaq, moruq, qaragilə, Giləmeyvələri, çiyələk, soyudun, dəqiqə, qızdırılmış, dərəcə, sobada, çəngəllə, Şəbəkənin
BİZİ İZLƏYİN