• Jeleli mühəlləbi resepti

Reseptin məlumatları Baxış sayı: 14 254

Tarix : 16-03-2016, 16:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 litrə süd,
1 su stəkanı şəkər tozu,
2 parça damla sakkızı,
1 paket vanilin,
4 yemək qaşığı un,
1 paket çiyələkli jele,
200 q meşə meyvələri,

Bəzəmək üçün:
krem,
Nanə yarpağı

Hazırlanması:
Meyvə jeleli mühəlləbi pratik yemək tərifləri arasında xüsusi bir yerə sahibdir.
Süd, şəkər, vanilin, damla sakkızı və unu bir qazanda orta atəşdə mühəlləbi qatılığına gələnə qədər bişirin.
Ocaqdan alıb stəkana yaxud da kasaların 3\4-nü doldurub soyuducuda soyudun.
Jeleni paketin üzərindəki qaydada hazırlayın.
Meyvələri mühəlləbilərin üzərinə yerləşdirin.
Jeleni üzərinə əlavə edin və təkrar soyuducuya qoyun.
Jele donana qədər gözləyin.
Sonra üzərini krem və nanə yarpağı ilə bəzəyib servis edin.

Nuş olsun!
Etiketlər: yemək, vanilin, yarpağı, mühəlləbi, üzərinə, Jeleni, paket, qədər, şəkər, sakkızı, damla, hazırlayın, Meyvələri, mühəlləbilərin, qaydada, litrə, paketin, soyuducuda, soyudun, stəkanı
BİZİ İZLƏYİN