• Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 5951

Tarix : 3.05.2016, 15:00

Bölmə : Meyvəli şirniyyatlar, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Təmizlənmiş çiyələk: 1 kiloqram
Şəkər tozu: 1 kiloqram
Limon: 0,5 ədəd və ya limon duzu: 0,5 kiçik qaşıq

Hazırlanması:
Çiyələk mürəbbəsi bişirmək üçün əvvəlcə çiyələklər ayırtlanır. Ayırtlandıqdan sonra yuyulur və süzgəcə qoyularaq suyunun süzülməsinə nail olunur.
Yuyulub suyu süzülən çiyələklər bundan sonra dərin bir qazana qoyulur. Qazandakı çiyələklərin üzərinə şəkər tozu əlavə edilir.
Üzərinə şəkər tozu qoyulmuş çiyələkləri bir gün (ən az 10 saat) burada gözlədirik. Bu zaman çiyələk və şəkər tozu olan qazanın ağzı mütləq bağlı olmalıdır. Şəkərlə gözlədilən çiyələklər suyunu verir.
Bir gün gözlədikdən sonra çiyələk mürəbbəsini bişirmək olar. Bunun üçün içərisində şəkər tozu və çiyələk olan qazanı ocağın üzərinə qoyuruq.
Orta temperaturda çiyələk mürəbbəsi qaynamağa başlayandan sonra 40 – 45 dəqiqə qaynadırıq. Arada qazanın üzərində meydana gələn köpüklər bir qaşıq və ya kəfgir vasitəsi ilə alınır.
Çiyələk mürəbbəsi qatılaşana qədər vam odda qaynadılıb bişirilir.
Bişən çiyələk mürəbbəsinə limonun suyunu sıxırıq (və ya limon duzunu vururuq). Bundan sonra mürəbbə təqribən beş dəqiqə yenə qaynayır və bundan sonra ocağın üzərindən götürürük.
Mürəbbənin temperaturu ilıqlaşdıqdan sonra şüşə qablara alınır və ağzı hermetik bir şəkildə bağlanır.

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: sonra, çiyələk, şəkər, mürəbbəsi, çiyələklər, üzərinə, qazanın, ocağın, suyunu, dəqiqə, bişirmək, alınır, bundan, limon, kiloqram, qaşıq, Çiyələk, köpüklər, gələn, şəkildə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica