• Limon jeleli mühəlləbi resepti

Reseptin məlumatları Baxış sayı: 16 328

Tarix : 27-12-2015, 22:00

Bölmə : Meyvəli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
2 dolu yemək qaşığı nişasta,
2 dolu qaşıq un,
7 yemək qaşığı şəkər,
2 yemək qaşığı hind qozu,
1 çay qaşığı vanilin,

Limon sosu üçün:
1 su stəkanı limon suyu və içmə suyu(yarı-yarıya),
4 yemək qaşığı şəkər,
1,k şirniyyat qaşığı nişasta,
1 yumurta sarısı,
1 şirniyyat qaqşığı kərə yağı,
Yarım limon qabığı rəndəsi,
Çay qaşığının ucunda sarıkök,

Arası üçün:
Biskivit,
Banan,

Hazırlanması:
Dərin bir qazana hind qozu, şəkər, un, nişastanı töküb qarışdırın.
Üzərinə süd əlavə edərək qarışdıraraq bişirin.
Ocaqdan endirməyə yaxın , qaymaq qatılığı alan təki vanilini əlavə edib ocaqdan düşürdün.
Istiyə davamlı qabın içini su ilə yaxayın.
Hazır mühəlləbini qaba boşaldın.
Üzərinə biskivit və banan düzün.
Soyuducuda 1 saat dincə qoyun.
Bu arada da limon suyunu hazırlayın.
Yağ xaric bütün ərzaqları qazana alın və ocağın altını yandırmadan əvvəl ərzaqları tamamən qarışdırın.
Qarışdıraraq bişirin.
Soyuducuda olan mühəlləbini çıxardın və ilıq limon sosunu üzərinə töküb hər yerinə yayın.
Yenidən soyuducuda 2-3 saat saxlayın.
Nə qədər çox qalsa şəklini o qədər yaxşı alar.
Servis etməzdən əvvəl üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, limon, yemək, şəkər, Üzərinə, qazana, əvvəl, bişirin, ərzaqları, qədər, şirniyyat, əlavə, mühəlləbini, nişasta, qarışdırın, töküb, Soyuducuda, tamamən, yandırmadan, altını
BİZİ İZLƏYİN