• Xurma dolması resepti

Reseptin məlumatları Baxış sayı: 17 040

Tarix : 26-04-2016, 15:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 6-8


Tərkibi:
20 ədəd xurma
1 qəhvə fincanı qoz ləqəsi
1 qəhvə fincanı quru üzüm
1 qəhvə fincanı quru qaysı
1 yemək qaşığı tahin
1 çay qaşığı darçın
1 kasa hindistan qozu
1 yemək qaşığı bəkməz
1 çay qaşığı zəncəfil

Hazırlanması:
Heç xurma dolması hazırlamısınız? Bu yazımızda ləzzətli xurma tatlısı reseptini sizə təqdim edirik. Xüsusi ilə Ramazan ayında xurma dolması süfrələrin bəzəyidir.
1. Qoz ləpəsini çox incə – incə döyün.
2. Qoz ləpəsi incə – incə döyüldükdən sonra quru üzümü robottan keçirdin.
3. Quru qaysını da robotdan keçirdin.
4. Bundan sonra tahin, bəkməz, darçın və qozla bərabər qarışdırın.
5. Xurmaları uzununa kəsin. Bu zaman bir tərəfi kəsin, bir tərəfi kəsməyin. Xurma qapaq kimi açılsın. Bundan sonra uzununa kəsdiyiniz xurmaların çiyidini çıxardın.
6. Hazırladığınız içliyi kəsib çiyidini çıxartdığınız xurmanın içərisinə bol – bol doldurun.
7. İçərisini doldurduğunuz xurmaları hindistan qozuna bastırın.
8. Ləzzətli xurma iftar və sahur süfrəsinə verilmək üçün hazırdır.

Nuş olsun!
Etiketlər: xurma, qaşığı, sonra, fincanı, qəhvə, Bundan, dolması, tərəfi, çiyidini, keçirdin, bəkməz, hindistan, yemək, uzununa, darçın, kəsin, tahin, çıxardın, içliyi, Hazırladığınız
BİZİ İZLƏYİN