• Vişnəli şokolad resepti

Reseptin məlumatları Baxış sayı: 16 399

Tarix : 16-05-2016, 09:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 2-4


Tərkibi:
Vişnə: 100 qram
Bitter şokolad: 50 qram.

Hazırlanması:
Hazırlamaq üçün əsasən saplağı qopardılmamış və sağlam vişnələr götürülür. Bol su ilə təmiz yuyulur və suyunu çəkdikdən sonra üzərindəki suyun tam quruması üçün gözlədilir.
Bundan sonra bitter şokolad benmari üsulu ilə əridilir: Benmari üsülu ilə bu şəkildə əritmək olur:
Geniş bir qabda su qaynadılır. Bu qaba suyun içərisinə dərin bir qab qoyulur. Su ikinci qabın içərisinə keçməməlidir.
Bitter şokalad asan əriməsi üçün kiçik parçalara bölünür. Şokalad parçalarını suyun içərisindəki ikinci qabın içərisinə qoyulur. Bu şəkildə temperatur maksimum 100 dərəcəni keçməyəcəyinə görə bitter şokoladın yanma ehtimalı heç yoxdur.
Bitter şokolad tam əridikdən sonra yuyulub suyu tamamiylə qurudulmuş vişnələri saplağından tutub ərimmiş şokalada batırırıq. Vişnənin hər tərəfi şokaladla örtülür. Bundan sonra şokolada batırdığımız vişnələri yağlı bir kağızın üzərinə düzürük və donması üçün soyuducuya qoyuruq.

Nuş olsun!
Etiketlər: sonra, içərisinə, şokolad, suyun, Bitter, Bundan, vişnələri, qoyulur, qabın, ikinci, şəkildə, bitter, ehtimalı, soyuducuya, qoyuruq, donması, yoxdur, yuyulub, əridikdən, olsun
BİZİ İZLƏYİN