• Portağallı südlü irmik resepti

Reseptin məlumatları Baxış sayı: 14 951

Tarix : 2-05-2016, 11:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
5 stəkan süd,
3 dənə iri portağal,
25 yemək qaşığı toz şəkər,
10 yemək qaşığı irmik,

Üzəri üçün:
250 q krem,
150 q bitter şokolatı,

Hazırlanması:
Portağallı sütlü irmik şirnisini hazırlamağa əvvəlcə 3 ədəd portağalınızı yumaqla başlayın. Yuduğunuz portağalların üzərinə bıçaqla kiçik deşiklər açın.
Daha sonra dərin bir qazana bir az su qoyub qaynadın.
Qaynayan suyun içərisinə 3 ədət portağalınızı atın və 15dəqiqə bişirin. 15 dəqiqənin sonunda portağallarınızı sudan alın və qazana yenidən yeni su qoyun.
Eynı işləmi bir daha yerinə yeirin.
15 dəqiqə daha portağallarınızı bişirdikdən sonra qabıqlarını soyub iri-iri doğrayın və blendirdən keçirdin.
Muhalləbisi üçün 5 stəkan südü, 25 yemək qaşığı toz şəkəri və 10 yemək qaşığı irmiyi dərin bir qazanda muhalləbi qatılığına gələnə qədər bişirin.
Muhalləbiniz bişər –pişməz blendirdə çəkdiyiniz portağalları muhalləbinin içinə əlavə edin.
10 dəqiqə daha qaynatdıqdan sonra şəkilli qablara doldurun.
Daha sonra üzərinin sosu için dərin kiçik bir qazanın içərisinə 250 q kremi alıb vam atəşdə qaynadın. Sonra ocaqdan alıb içərisinə 150 q bitter şokolatlarınızı da atıb qarışdıraraq əridin.
Qabda şəkil verdiyiniz tatlınızı qəlibindən alıb servis tabaqlarına qoyun və üzərinə sosu töküb servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, sonra, yemək, dərin, içərisinə, irmik, qoyun, dəqiqə, üzərinə, qazana, bişirin, qaynadın, portağallarınızı, portağalınızı, kiçik, servis, stəkan, bitter, blendirdə
BİZİ İZLƏYİN