• Duxovkada balqabaq şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 757

Tarix : 15-04-2016, 23:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
1 kq təmizlənmiş balqabaq
2,5 stəkanşəkər tozu
Döyülmüş qoz ləpəsi

Hazırlanması:
Duxovkada balqabaq şirniyyatı hazırlamaq üçün balqabaqları 3-4 sm qalınlığında dilimləyin. Balqabaq dilimlərini duxovka qabına boşluq qalmayacaq şəkildə düzün.

Balqabaq dilimlərinin üzərinə şəkər tozunun hamısını bərabər şəkildə yayın.

180 dərəcə isidilmiş duxovkada 25 dəqiqə balqabaq dilimlərini bişirin. Sonra balqabaq dilimlərinin digər üzünü çevirin və 20 dəqiqə yenə bişirin.

Bundan sonra balqabaq dilimlərini duxovkadan çıxardın. Soyuyub ilındıqdan sonra süfrəyə vermək olar.

Süfrəyə verilərkən üzərinə döyülmüş qoz ləpəsi səpin.

Nuş olsun!
Etiketlər: balqabaq, dilimlərini, Balqabaq, şəkildə, şirniyyatı, dəqiqə, sonra, bişirin, Duxovkada, üzərinə, dilimlərinin, duxovkada, ləpəsi, üzünü, Bundan, digər, çevirin, sirniyyati, isidilmiş, Lazım
BİZİ İZLƏYİN