• Meyvəli pizza resepti

Reseptin məlumatları Baxış sayı: 15 059

Tarix : 6-02-2016, 10:00

Bölmə : Meyvəli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
Un – 300 q
Döyülmüş kərə yağı – 2 x.q
Fındıq – ½ st.
Şəkər – 100 q
Süd – 200 mq
Limon sedrası – 2 x.q

İçlik üçün:
Kəsmik – 200 q
Xama – 2 x.q
Vanil
Meyvə – zövqə görə
Dondurma – 100 q

Hazırlanması:
Fındığı qızardın və üyüdün. Unu ələkdən keçirin, üzərinə üyüdülmüş fındığı, limon sedrasını və şəkər tozunu əlavə edin. Yağ və süd ilə birlikdə yaxşıca qarışdırın və xəmiri yoğurun. Sonra isə salafana büküb, soyuducuya yerləşdirin.
30 dəqiqədən sonra xəmiri açıb, yağlanmış tavada 200 dərəcədə bişirin.
Vanili, xamanı, şəkər tozunu və kəsmiyi qarışdırın və yaxşıca çalın. Bişirdiyiniz pizza çörəyinin üstünə bu qarışığı əlavə edin və 15 dəq sobada bişirin. Hazır pizzanı soyumağa qoyun, üstünü istədiyiniz meyvələr və dondurma ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, tozunu, şəkər, bişirin, qarışdırın, yaxşıca, xəmiri, yerləşdirin, Vanili, xamanı, dərəcədə, sonra, kəsmiyi, tavada, yağlanmış, dəqiqədən, çalın, üstünü, qoyun, soyumağa
BİZİ İZLƏYİN