• Moruqlu blinçik resepti

Reseptin məlumatları Baxış sayı: 13 796

Tarix : 13-03-2016, 22:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Moruq - 200 q
Dondurma - 200 q
Un - 100 q
Yumurta - 3 ədəd
Şəkər tozu - 20 q
Süd - 100 q
Duru yağ - 40 q
Vanil - 10 q
Şokolad - 50 q

Hazırlanması:
1. Blinçikin xəmirini hazırlamaq üçün: yumurtanın üzərinə şəkər tozu, süd, duru yağ, vanil əlavə edilib çalınır.
2. Ərzaqların üzərinə az-az un əlavə olunub yenidən çalınır.
3. Tavada adi qaydada blinçik hazırlanır.
4. Dondurma moruğun yarısıyla qarışdırılır.
5. Stəkanın ağzı ilə blinçikin üzərində dairələr kəsilir, üzərinə moruqlu dondurma qoyulur və tülpan kimi bükülür.
6. Desert qalan moruq və sürtgəcdən keçirilmiş şokoladla bəzədilib 1 saat soyuducuda saxlanılır.

Nuş olsun!
BİZİ İZLƏYİN