• Vişnəli çörək resepti

Reseptin məlumatları Baxış sayı: 15 168

Tarix : 15-04-2016, 15:00

Bölmə : Meyvəli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
15 qr pivə mayası
1/3 stəkan ilıq süd
3 stəkan Un
1 stəkan toz şəkər
2 ədəd yumurta
50 qr kərə yağı
2 stəkan tumu çıxarılmış vişnə
1 ədəd yumurta sarısı
Bir çimdik duz

Hazırlanması:
Pivə mayasını ilıq süddə qaynadın. Maya əridikdən sonra 1 stəkan unun üzərinə əlavə edin.
Qatı xəmir yoğurun. Üzərini salfet ilə örtüb sərin bir yerdə yarım saat gözlədin.
Qalan unu, şəkər tozunu, 2 ədəd yumurta, kərə yağı və duz ilə qarışdırın.
Mayalanan xəmirdən kiçik parçalar qoparıb bu qarışığın üzərinə qoyub yoğurun.
Əldə etdiyiniz xəmirdən kiçik parçalar qoparın. Içlərinə vişnə qoyub xəmiri bağlayın.
Dilədiyiniz şəkli verib, yağlanmış kağızlı qabın üzərinə qoyun. Çörəkləri bu şəkildə gözlədin.
Qabardığı zaman üzərlərinə yumurta sarısını sürtün. Əvvəldən isidilmiş 200 dərəcəli sobada qızarana qədər bişirin.
Hakkında: çox ləziz və damaq dadınıza uyğun olacaq yeməklərdəndir.

Nuş olsun!
Etiketlər: stəkan, yumurta, üzərinə, yoğurun, gözlədin, kiçik, parçalar, xəmirdən, qoyub, vişnə, şəkər, Qabardığı, zaman, sarısını, üzərlərinə, şəkildə, Çörəkləri, verib, şəkli, yağlanmış
BİZİ İZLƏYİN