• Gəlin xanım şirnisi resepti

Reseptin məlumatları Baxış sayı: 14 416

Tarix : 15-03-2016, 14:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 ərik qurusu

iç:
100 q sürtgəcdən keçirilmiş yerkökü
100 q şəkər tozu
0.5 limon
60 q üyüdülmüş fındıq
60 q üyüdülmüş qoz
60 q suda bişmiş düyü

şərbət üçün:
200 q bal

Hazırlanması:
Ərik qurularını suda 5 dəqiqə qaynadın.

Qazançada sürtgəcdən keçirilmiş yerkökü ilə şəkər tozunu qarışdırın, yarım limonun şirəsini əlavə edib riçal bişirin. Riçalın şirəsini bir ayrı qaba süzün. 2 qaşıq riçal, suda bişmiş düyü, üyüdülmüş fındıq və qozu, şəkər tozunu qarışdırın. Qaynatdığınız əriklərin içinə doldurun.

Balı 2 dəqiqə qaynadın. İçini doldurduğunuz ərikləri balın içinə düzüb azca qaynadın.

Boşqabın içinə azacıq yerkökü riçalı yayın. Ərikləri üstünə düzün. Üzərinə yaşıl fıstıq səpmək olar.

Süfrəyə ilıq və dondurma ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, üyüdülmüş, qaynadın, yerkökü, içinə, keçirilmiş, tozunu, qarışdırın, şirəsini, riçal, dəqiqə, sürtgəcdən, bişmiş, fındıq, Ərikləri, düzüb, üstünə, yayın, azacıq, riçalı
BİZİ İZLƏYİN