• Maqnolia pudinq - çiyələkli resepti

Reseptin məlumatları Baxış sayı: 17 772

Tarix : 5-06-2016, 17:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yumurta sarısı – 2 ədəd
Qarğıdalı nişastası – 6 ç.q.
Süd – 1 litr
Şəkər – 2 st.
Un – 4 ç.q.
Vanil – 1 paket
Krem – 1 paket (böyük marketlərdən rahat tapa bilərsiniz)

Pudinqin üzəri və içi üçün:
Çiyələk – lazım olacaq qədər
Cici Bebe – 1 paket

Hazırlanması:
Krem və vanili yaxşıca qarışdırıb, saxlayın. Böyük bir qazana bütün məhsulları əlavə edib qarışdırın. Orta odda qaynayana qədər yaxşıca bişsin. Amma qarışdırmağa mütləq davam edin ki, dibi yapışmasın. Bişdikdən sonra soyumağa qoyun.
Soyuduqdan sonra vanilli kremi də əlavə edib 3 dəqiqə mikserlə qarışdırın. Biskivitləri blenderdən keçirdib un halına gətirin. Kiçik kasalar götürün və bütün kasaların dibinə birinci 2 ç.q. biskivit unu əlavə edin. Kənar hissələrə isə uzunsov böldüyünüz çiyələkləri düzün və pudinqi əlavə edin. Bir barmaq qalınlığında pudinq əlavə etdikdən sonra prosesi təkrar edin. Ən üst hissəyə isə biskivit unu əlavə edib yavaşca yayın. 3 saat soyuducuda saxlayın. Sonra soyuducudan götürüb üzərinə estetik cəhətdən gözəl görünsün deyə bir ədəd çiyələk qoyun və servis edin.

Nuş olsun!

/ Nuranənin mətbəxi /
Etiketlər: əlavə, sonra, paket, bütün, yaxşıca, qarışdırın, qoyun, biskivit, qədər, saxlayın, hissələrə, Kənar, çiyələk, uzunsov, böldüyünüz, pudinqi, düzün, çiyələkləri, servis, olsun
BİZİ İZLƏYİN