• Portağallı sütlaç resepti

Reseptin məlumatları Baxış sayı: 12 699

Tarix : 16-06-2016, 13:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 Çay stəkanı düyü
2 su stəkanı portağal suyu
2 su stəkanı süd
1,5 su stəkanı toz şəkər
1 çay stəkanı buğda nişastası
Yarım çay qaşığı duz

Üzəri üçün:
1 ovuc döyülmüş qoz

Hazırlanması:
Düyü yuyulub, kiçik bir qazana tökülüb, üzərinə iki stəkan su əlavə edilib, çox az qısıq alovda suyu tamamilə çəkilənə qədər bişirilər.
Qazana soyuq süd, portağal suyu, nişasta, toz şəkər, duz və qaynadılmış düyü əalvə edilib, atəşə qoymadan əvvəl nişasta əriyənə qədər qarışdırılar.
Daha sonra qazanı orta olavda davamlı qarışdıraraq bişirilir.
Kasalar yüngülcə isladılar. Bişirilən sütlaç kasalara tökülür, soyuducunda bir gecə gözlədilir, sabahısı gün süfrəyə vermək üçün qabı tərs çevrilir. Döyülmüş qozla bəzənərək süfrəyə təqdim edilir.

Nuş olsun!
Etiketlər: stəkanı, süfrəyə, qədər, edilib, nişasta, portağal, şəkər, qarışdırılar, Kasalar, yüngülcə, Bişirilən, isladılar, bişirilir, qazanı, olavda, davamlı, qarışdıraraq, sonra, tökülür, qozla
BİZİ İZLƏYİN