• Heyvalı şirniyyat resepti

Reseptin məlumatları Baxış sayı: 13 806

Tarix : 1-07-2016, 10:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
4 ədəd heyva
8 xörək qaşığı toz şəkər
1 çay stəkanı su
3-4 ədəd qərənfil

Üzəri üçün:
Qaymaq və ya krem ​​şanti

Hazırlanması:
Əvvəl heyvaları dikinə iki hissəyə bölün tumlarını çıxarın.
8-10 ədəd tumu ayırın. Sonra heyvaları soyub, geniş enli bir qazana oyuq tərəfləri üstə gələcək şəkildə düzün.
Tumun yuvalarına bir qaşıq toz şəkər qoyun. Qazana qərənfilləri və ayırdığınız heyva nüvələrini səpin (meyvələrin üzərinə tökmədən).
Suyunu da qoyub, batıq atəşdə qazanın ağzı bağlı olaraq heyvalar, heyva bişmişi rəngini alana qədər bişirin.
İlıq olduqda boşqaba qoyun və içinə qaymaq və ya krem şanti qoyaraq süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: heyva, şəkər, qoyun, heyvaları, batıq, qoyub, bağlı, atəşdə, qazanın, Suyunu, meyvələrin, ayırdığınız, qərənfilləri, nüvələrini, səpin, üzərinə, olaraq, tökmədən, rəngini, şanti
BİZİ İZLƏYİN