• Bananlı karamelli desert resepti

Reseptin məlumatları Baxış sayı: 14 266

Tarix : 2-07-2016, 10:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
3 ədəd yumurta
1 su stəkanı şəkər tozu
1 çay stəkanı süd
1 çay stəkanı duru yağ
1 paket qabartma tozu
1 paket vanil
1 şorba qaşığı kakao
2 şorba qaşığı şokolad
1 çay stəkanı fındıq (doğrayıcıdan keçirilmiş)
4 şorba qaşığı dolusu un

Üzəri üçün:
1 paket krem
1 çay stəkanı şəkər tozu
3 ədəd banan

Hazırlanması:
Keksi hazırlamaq üçün keks qəlibindən və yaxudda yumru bir şüşə nimçədən də istifadə edə bilərsiniz.
Keksi hazırlamamışdan qabaq qəlibin içini yumşaq marqarin ilə yağlamaq lazımdır.
Xəmiri hazırlamamışdan qabaq doğrayıcının köməyi ilə bir qədər fındıq doğrayıb qəlibin içinə boşaldıb bir kənara qoyuruq…
Artıq keksi hazırlamağa başlaya bilərsiniz. Əvvəl yumurtaları bir qaba qırıb qarışdırırıq.
Üzərinə 1 su stəkan həcmində şəkər əlavə edərək, mikser köməyiylə qarışdırmağa başlayırıq.
Yumurta və şəkər ağardıqdan sonra üzərinə süd və duru yağ əlavə edirik.
Sonra isə üzərinə kakao əlavə edib qarışdırmağa davam edirik.
Daha sonra üzərinə ələk köməyi ilə vanil, qabartma tozu və 4 şorba qaşıq həcmində un əlavə edərək qarışdırmağa davam edirik.
Keks xəmirimiz axıcı bir vəziyyətdə olmalıdır.
Sonra hazırladığımız xəmiri içində doğranılmış fındıq olan qəlibin içinə boşaldırıq…
Daha sonraisə üzərinə damla şokoladı səpirik. Sonra isə əvvəlcədən isidilmiş olan180 dərəcəlik sobaya bişməsi üçün qoyuruq.
Başqa bir tərəfdə isə karamel hazırlamağa başlayırıq.
Polad bir tavaya 1 çay stəkan həcmində şəkər boşaldıb, ocağa əriməsi üçün qoyuruq.
Toz şəkəri əriyib, rəngi qəhvəyi olduqdan sonra, üzərinə 1 çay stəkan həcmində kremi boşaldırıq.
Taxta qaşıqla möhkəmcə qarışdırırıq. Qarışımı az istilikdə qaynatdıqca şəkər yavaş yavaş əriyəcək.
Artıq sobadakı keksi sobadan götürürük.
Bananları dilimliyib keksin üzərinə səliqə ilə düzürük.
Ən sonda isə üzərinə hazırladığımız Karameli tökərək keksimizi hazır hala gətiririk.

Nuş olsun!
Etiketlər: üzərinə, şəkər, stəkanı, əlavə, həcmində, şorba, sonra, Sonra, fındıq, qarışdırmağa, qəlibin, qaşığı, paket, stəkan, edirik, qabaq, keksi, boşaldıb, içinə, hazırlamağa
BİZİ İZLƏYİN