• Ananas suflesi resepti

Reseptin məlumatları Baxış sayı: 13 264

Tarix : 4-07-2016, 10:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
6 xörək qaşığı ananas şirəsi
2 xörək qaşığı kərə yağı
1 qəhvə fincanı şəkər tozu
2 yumurta
2 xörək qaşığı un
1 desert qaşığı qabartma tozu
2 çay stəkanı yağsız Süd
1 xörək qaşığı pudra şəkəri
1/2 portağal qabığı rəndəsi

Hazırlanması:
Sobanı 180 dərəcəyə nizamlayın.
Yarım su stəkanı tutumlu sufle qablarını kərə yağı ilə yağlayın.
Qalan yağı, şəkəri və yumurta sarısını köpüklənənə qədər çalın.
Portağal qabığı rəndəsi, qabartma tozu və ələnmiş unu yavaş yavaş əlavə edin.
Ananas şirəsini və südü mikserlə qarışdırın.
Yumurtalları əlavə edin.
1 çimdik duzla çırpılmış yumurtanın ağlarını əlavə çırpmağa davam edin.
Qarışığı sufle qablarına tökün.
Sobaya verib 30-35 dəq. bişirin.
Üzərinə pudra şəkəri səpib süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, əlavə, şəkəri, stəkanı, qabartma, pudra, rəndəsi, yavaş, sufle, yumurta, qabığı, çimdik, Yumurtalları, səpib, duzla, çırpılmış, qarışdırın, mikserlə, təqdim
BİZİ İZLƏYİN