Tərkibi:10 ədəd oval pomidor
1,5 su stəkanı toz şəkər
2 ədəd çubuq darçın
10 qr qərənfil
100 qr qoz-fındıq (darçınla qərənfil yerinə qızılca şəkəri ola bilər)
Bəzəmək üçün:yaşıl fıstıq, kokos
2-3 ədəd limon duzu
Hazırlanması:Pomidorları yuyub isti suya qoyun.
5 dəqiqə suda gözlədin.
Çıxarıb qabıqlarını soyun.
Ortasını çıxarın. İçinə 2-3 ədəd fındıq qoyub qərənfillə ağzını bağlayın.
Ayrı bir qazana şəkəri üzərini örtəcək qədər az suyla atəşə qoyun.
Şəkər əriyinə qədər qarışdırın. İçinə darçın, qərənfil, çox az da qırmızı şəkər boyası qoyun.
Sirop qatlaşmaya başlayınca pomidorları içinə qoyun. Ocağın altını azaldın.
Pomidorlar siropu çəkməyə başlayınca 2-3 ədəd limon duzu qoyun.
5 dəqiqə daha qaynadıb atəşdən alın.
Üzərini fındıq, yaşıl fıstıq, kokos ilə bəzəyərək süfrəyə təqdim edin.
Nuş olsun!
Etiketlər: qoyun, qərənfil, fındıq, fıstıq, yaşıl, kokos, limon, başlayınca, qədər, dəqiqə, şəkəri, İçinə, darçın, şəkər, qatlaşmaya, Sirop, Meyvəli, pomidorları, içinə, boyası