• Ananaslı meyvə salatı resepti

Reseptin məlumatları Baxış sayı: 13 325

Tarix : 26-10-2016, 21:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 ədəd ananas
100 qram çiyələk
1 ədəd kivi
2 xörək qaşığı pudra şəkəri
1 çay stəkanı çiyələk liköru

Hazırlanması:
Ananası eninə iki hissəyə bölün və içlərini zərər vermədən çıxarın, dilimləyin.
Kivinin qabıqlarını soyun və dilimləyin.
Çiyələkləri yuduqdan sonra boyuna ikiyə bölün.
Bir qabın içində ananasları, çiyələkləri və kivini qataraq qarışdırın.
Bu meyvə qarışığını iki hissəyə bölüb içini çıxardığınız ananasların içini doldurun.
Çiyələk likörunu və pudra şəkərini qarışdırın və salatın üzərinə gəzdirin.

Nuş olsun!
Etiketlər: hissəyə, bölün, qarışdırın, dilimləyin, pudra, içini, çiyələk, kivini, olsun, qataraq, çiyələkləri, gəzdirin, ananasları, ikiyə, qabın, içində, meyvə, üzərinə, ananasların, doldurun
BİZİ İZLƏYİN