• Badamlı şaftalı şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 13 310

Tarix : 3-07-2016, 21:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 şaftalı kompotu (meyvəsi)
2 su stəkanı şaftalı kompotu (suyu)
300 qr acıbadam kurabiyəsi
1 paket krem şanti
1 su stəkanı süd
1 çay qaşığı darçın
2 su stəkanı su
2 xörək qaşığı nişasta

Hazırlanması:
Krem şantini bir stəkan südlə mikser vasitəsi ilə çırpın.
İçinə badamları parçalayıb sonra əlavə edərək qarışdırın.
Şüşə bir qabı isladıb hazırladığınız qarışığı tökün və soyuducuda 1 saat gözlədin.
Su, kompot suyu və nişastanı qazanda qarışdırıb batıq atəşdə tünd bir sous alınana qədər bişirin.
Sous soyuduqdan sonra darçını əlavə edərək qarışdırın.
Şaftalıları qabdakı badamlı qarışığın üzərinə düzülüb hazırladığınız sousu gəzdirin.
Dondurduqdan sonra nanə yarpaqları ilə bəzəyib süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: stəkanı, sonra, edərək, qaşığı, hazırladığınız, əlavə, qarışdırın, kompotu, şaftalı, atəşdə, bişirin, alınana, batıq, qədər, nişastanı, qarışdırıb, soyuduqdan, qazanda, kompot, qabdakı
BİZİ İZLƏYİN