• Bananlı flambe resepti

Reseptin məlumatları Baxış sayı: 12 751

Tarix : 5-07-2016, 21:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 çay stəkanı şəkər tozu
1 ədəd portağalın sıxılmış suyu (1 çay stəkanı qədər)
1 çay qaşığı kərə yağı
2-3 ədəd banan (qabıqları soyulub dilimlənmiş)
½ çay stəkanı banan likörü (flambe etmək üçün)
Dondurma və istədiyiniz bəzəmə materialları (karamel və ya şokoladlı sous, toz fıstıq, və s.)

Hazırlanması:
Şəkər tozu dərin və geniş bir tavaya alınır.
Şəkər əriyib karamel rəngini alana qədər qarışdırılar.
Yaxşıca karamel rəngini alınca portağal ya da limon suyu sonra da kərə yağı əlavə olunub qarışdırılar.
Hazırlanan karamel sousa dilimlənmiş bananlar əlavə olunub, tava yellənərək bananla sous yaxşıca qarışdırılır.
Bu mərhələdə likör əlavə olunub flambe (alovlandırma) edilə bilər. Likör yavaşca tavaya əlavə olunur və alovlanınca ocaqdan alınar.
Flambe edilərkən tavada uzaq dayanılması, ətrafda alov ala biləcək əşyaların olmaması lazımdır. Alovlar qısa olacaq.
Karamel olmuş bananlar ılıqlaşınca dondurma və istənilən souslarla birlikdə xidmət edilir.

Nuş olsun!
Etiketlər: aramsız, karamel, əlavə, stəkanı, olunub, flambe, banan, rəngini, qədər, dilimlənmiş, tavaya, Şəkər, bananlar, qarışdırılar, ocaqdan, Flambe, edilərkən, alovlanınca, alınar, Likör, likör
BİZİ İZLƏYİN