• Meyvəli Şahzadə şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 13 529

Tarix : 5-07-2016, 10:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
2 şaftalı
1 banan
15-20 dondurulmuş vişnə
3 xörək qaşığı nişasta
10 xörək qaşığı qovrulmuş un
5 su stəkanı süd
1 su stəkanı şəkər tozu

Hazırlanması:
Şaftalının qabıqlarını soyub dilimləyin.
Kiçik bir qazana götürüb 1 çay stəkanı su və bir şorba qaşığı şəkər tozunu əlavə edərək 3-4 dəqiqə bişirin.
Dərin bir qazanda qarğıdalı nişastası, qovrulmuş un, şəkər tozu və südü qarışdırın.
Qaynayana qədər davamlı qarışdırın. Düz bir qəlibə töküb soyumağa qoyun.
Soyuduqdan sonra üzərini şaftalı, banan dilimləri və vişnə ilə bəzəyin. Dilimləyib süfrəyə təqdim edin.
Qeyd: şaftalının dağılmaması üçün sərt şaftalı istifadə edin və 3-4 dəqiqədən çox bişirməyin.

Nuş olsun!
Etiketlər: şaftalı, qaşığı, stəkanı, şəkər, vişnə, qovrulmuş, xörək, qarışdırın, banan, soyumağa, qoyun, sonra, Soyuduqdan, qədər, üzərini, davamlı, töküb, qəlibə, Qaynayana, təqdim
BİZİ İZLƏYİN