• Pudinqli heyva resepti

Reseptin məlumatları Baxış sayı: 13 351

Tarix : 27-10-2016, 17:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
2 ədəd heyva
2 çay stəkanı toz seker
1 çay stəkanı su
1 ədəd rəndələnmiş alma
2 xörək qaşığı qoz
yarım paket hazır kakaolu pudinq
1 su stəkanı süd
1 desert qaşığı marqarin
1 xörək qaşığı rəndələnmiş şokolad

Hazırlanması:
Heyvaları ortadan iki hissəyə ayırın.
Təmizləyib qazana düzün. Ortasına toz şəkər səpin.
Suyu əlavə edin. Az dərəcəli odda 15 dəqiqə bişirin.
Soyuyunca heyvaları boşqaba qoyun. Rəndələnmiş almaya, qozu qarışdırın.
Heyvaların ortasına doldurun. Pudinqi süd ilə qarışdırıb orta atəşdə bişirin.
Pudinq konsistensiyasına gəlincə 1 desert qaşığı marqarini əlavə edib, qarışdıraraq əridin və ocaqdan alın.
Heyvaları üzərinə yayın. Ən üstə rəndələnilmiş şokoladı səpib, süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: qaşığı, stəkanı, xörək, desert, bişirin, Heyvaları, rəndələnmiş, əlavə, Pudinqi, doldurun, qarışdırıb, atəşdə, Pudinq, ortasına, Heyvaların, qoyun, boşqaba, Rəndələnmiş, almaya, qarışdırın
BİZİ İZLƏYİN