• Vişnəli heyva şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 13 052

Tarix : 27-06-2016, 18:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
3 ədəd orta böyüklükdə heyva
1 su stəkanı nüvəsiz dondurulmuş vişnə
1 su stəkanı toz şəkər
1 paket vanil
2 yemək qaşığı kartof nişastası
2 ədəd qərənfil

Hazırlanması:
Heyvaları soyub ikiyə bölün.
İçini təmizləyib qazana yerləşdirin.
Üzərlərinə yarım su stəkanı toz şəkər gəzdirin.
Qərənfilləri əlavə edin.
1 su stəkanı isti su əlavə edib yumşalana qədər 5 dəqiqə bişirin.
Heyvaları içindən alıb xidmət qabına yerləşdirin.
Qalan suya vişnədə atın.
Vanil və kartof nişastasını qarışdırıb koyulaşıncaya qədər bişirin.
Heyvalar ortalarına doldurun. Soyuyunca xidmətə təqdim edin.

Nuş olsun!
Etiketlər: stəkanı, bişirin, Heyvaları, şəkər, qədər, kartof, əlavə, yerləşdirin, içindən, xidmət, qabına, Qərənfilləri, gəzdirin, dəqiqə, yumşalana, vişnədə, Soyuyunca, doldurun, xidmətə, təqdim
BİZİ İZLƏYİN