Tərkibi:1 litr süd
3 yemək qaşığı un
2 kofe fincanı şəkər
1 paket vanil
1 ədəd saqqız
Hazırlanması:1 litr südü, unu və şəkəri bir qazana əlavə edib orta temperaturda yaxşıca qarışdırırıq. (qarışdırmağı dayandırmırıq yoxsa yumrulanar)
Krem qaynamağa başlayanda vanil ,daha sonra saqqızı qoyub 3 dəqiqə də orta temperaturda qarışdırırıq.
Soyumağa qoyuruq. krem soyuyana qədər meyvələrin yarısını alt hissəyə yerləşdiririk və bir meyvə krem olmaqla stəkanlara doldururuq.
Üzərinə xırdalanmış peçenye qoyub soyuducuda gözlədirik.
Nuş olsun!
Etiketlər: qoyub, temperaturda, qarışdırırıq, soyuyana, dəqiqə, qoyuruq, Soyumağa, saqqızı, vanildaha, yumrulanar, qaynamağa, başlayanda, qədər, sonra, meyvələrin, xırdalanmış, Üzərinə, peçenye, soyuducuda, gözlədirik