• Orijinal waffle xəmiri resepti

Reseptin məlumatları Baxış sayı: 23 560

Tarix : 26-10-2016, 22:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2


Tərkibi:
2 yumurta
1 yemək qaşığı şəkər
1, 5 su stəkanı süd
1/4 su stəkanı duruyağ
2 su stəkanı qədər un
1 çay qaşığı duz
1 paket qabartma tozu
1 paket vanil

Hazırlanması:
İlk iş 2 yumurtanın ağı və sarısını bir-birindən ayırmaq.
Yumurtaların sarı-ağ olaraq ayrılmasından sonra, 2 fərqli qabda 2 ayrı işi görəcəyik.
1) QABDA: Yumurta ağı ilə vanil paketinin yarısı qədər vanili yaxşıca qarışdırırıq.
2) QABDA: Yumurtanın sarısını, 1 yemək qaşığı şəkərlə qarışdırırıq və üzərinə 1,5 stəkan süd, vanilin qalan yarısı, ¼ stəkan duru yağ, 1 çay qaşığı qədər duz və qabartma tozunu əlavə edib yaxşıca qarışdırırıq.
Yavaş yavaş üzərinə ələkdən keşirdiyimiz unu da əlavə edərək, qarışdırırıq.
Indi 2-ci qabdakı qarışımın üzərinə 1-ci qabdakı qarışımı əlavə edib yumuşaq olana qədər qarışdırırıq. Orijinal Waffle xəmirimiz hazırdır.

Nuş olsun!
Etiketlər: qarışdırırıq, qədər, qaşığı, stəkanı, əlavə, üzərinə, QABDA, yaxşıca, yarısı, vanil, sarısını, stəkan, qabartma, paket, yemək, Orijinal, qabdakı, şəkərlə, Waffle, olana
BİZİ İZLƏYİN