• Almalı turta resepti

Reseptin məlumatları Baxış sayı: 15 837

Tarix : 17-07-2016, 12:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
2 yumurta
1 yemək qaşığı qatıq
1 su stəkanı duru yağ
1 paket qabartma tozu
5 yemək qaşığı şəkər
Aldığı qədər un

İç ərzaqları:
5 alma
1 su stəkanı şəkər
1 çay qaşığı darçın
Yarım su stəkanı döyülmüş qoz

Hazırlanması:
Almaların qabığını soyaq. Rəndələyək.
Bir stəkan şəkər tökək.
Tavada bişirək.
Sulanıb suyu yox olana qədər ən son darçın, qoz atıb qarışdıraq.
Soyumasını gözləyək.
Xəmirinə bütün ərzaqları qarışdıraq.
Xəmirin yarısından çoxunu az yağlanmış dairəvi soba qabına tökək.
Üzərinə iç üçün hazırladığımız qarışımı tökək.
180 dərəcə isdilmiş sobada bişirək.
Digər xəmiri də soyuducuya qoyaq.
Qızaranda kənarlarından bilinir.
Soyuducudakı xəmiri uzun uzun doğrayıb şəkildəki kimi üzərinə düzək.yenə sobaya qoyaq.
Üzəri qızarana qədər bişirək.

Nuş olsun!
Etiketlər: şəkər, qədər, qaşığı, tökək, stəkanı, bişirək, qoyaq, xəmiri, qarışdıraq, darçın, ərzaqları, yemək, Üzərinə, Üzəri, sobaya, hazırladığımız, qarışımı, qabına, dairəvi, yarısından
BİZİ İZLƏYİN