• Asan hazırlanan meyvəli milföy resepti

Reseptin məlumatları Baxış sayı: 13 423

Tarix : 18-07-2016, 11:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
8 ədəd milföy xəmiri
4 dilim ananas (arzuya görə 2 ədəd şaftalı)
4 yemək qaşığı çiyələk mürəbbəsi

Kremi üçün:
500 ml. süd
3 yemək qaşığı qədər şəkər
1 yemək qaşığı qarğıdalı nişastası
2 yemək qaşığı un
1 çay qaşığı vanil
1 ədəd orta ölçüdə rəndələnmiş limon qabığı
2 yemək qaşığı krem şanti

Servisi üçün:
2 yemək qaşığı pudra şəkəri

Hazırlanması:
Milföy xəmirlərini yağlı kağız sərili soba qabına yerləşdirin.
Çox qabarmaması üçün çəngəl köməyi ilə yüngül deşməlisiniz.
Əvvəlcədən isidilmiş 190 dərəcə sobada 20 – 25 dəqiqəyə qədər bişirməlisiniz.
Kremi üçün ələnmiş un və nişastanı balaca qazana qoyun.
Şəkər, rəndələnmiş limon qabığı, vanil və soyuq südü əlavə edin.
Az temperaturda qaynayana qədər qarışdıraraq bişirin.
Soyuması üçün kənara qoyduğunuz krem qarışımına krem şanti əlavə edib mikser ilə çırpın.
Təmizlənmiş və dilimlənmiş ananasları iri kvadratlar şəklində kəsin.
Soyuyan qızarmış milföy xəmirlərindən bir dənəsini servis boşqabına qoyun.
Orta hissəsinə krem sıxın.
Ananas parçaları və çiyələk mürəbbəsi ilə bəzəyə bilərsiniz.
Üzərinə bir qat qızarmış milföy xəmiri örtərək tortu tamamlayın.
Digərlərini də eyni qaydada edin.
Üzərlərini ələnmiş pudra şəkəri ilə bəzədikdən sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, yemək, milföy, qədər, rəndələnmiş, limon, vanil, qabığı, bilərsiniz, əlavə, ələnmiş, qoyun, qızarmış, servis, pudra, şəkəri, Kremi, şanti, mürəbbəsi, xəmiri
BİZİ İZLƏYİN