• Ərikli mannı zapekankası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 3710

Tarix : 29.10.2016, 20:00

Bölmə : Meyvəli şirniyyatlar, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Resepti göndərən : DADLI


Tərkibi:
3-4 iri yetişmiş ərik (sayı formanın ölçüsündən asılıdır)
80 q mannı yarması
80 q badam unu
150 q şəkər tozu
0,5 l süd
4 yumurta
30 q kərə yağı
1 çimdik duz
1 ç.q. badam, yaxud vanil cövhəri
1 x.q. şəkər pudrası
2 x.q. badam yonqarı

Hazırlanması:
Südə bir çimdik duz qatıb ocağın üstünə qoyun. Qaynara düşəndə nazik axınla mannını əlavə edin, dayanmadan qarışdırın ki, lopa qalmasın.
30 saniyə qarışdıraraq bişirin, kərə yağı qatıb qarışdırın və ocaqdan götürün.
Əriklərin dənəsini çıxarıb dilimləyin.
Yumurtaları şəkər tozu ilə mikserdə çalın. Həcmi 2-3 dəfə artmalı və rəngi ağarmalıdır. Badam unu ilə badam/vanil cövhərini əlavə edib qarışdırın, mannı sıyığına qatıb mikserin orta sürətində çalın.
Yağlanmış formaya tökün. Üzərinə ərik dilimlərini düzün. Şəkər pudrası və badam yonqarı (əgər varsa) səpin.
180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Ortası bərkiməli, üzəri qızılı rəngdə olmalıdır.
Bişdikdən sonra üzərinə dəsmal çəkib formada yarım saat saxlayın.
Süfrəyə isti, otaq temperaturunda, yaxud soyuq halda vermək olar. Fransada bunu desert kimi qəbul edirlər. Amma səhər yeməyi üçün də pis deyil.

Ərikli mannı zapekankası resepti - FOTO RESEPT

Ərikli mannı zapekankası resepti - FOTO RESEPT

Ərikli mannı zapekankası resepti - FOTO RESEPT

Ərikli mannı zapekankası resepti - FOTO RESEPT

Ərikli mannı zapekankası resepti - FOTO RESEPT

Ərikli mannı zapekankası resepti - FOTO RESEPT

Ərikli mannı zapekankası resepti - FOTO RESEPT

Ərikli mannı zapekankası resepti - FOTO RESEPT

Ərikli mannı zapekankası resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: badam, şəkər, qarışdırın, qatıb, pudrası, vanil, çalın, bişirin, yonqarı, yaxud, əlavə, çimdik, mannı, bərkiməli, Ortası, deyil, üzəri, qızılı, rəngdə, dəqiqə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica