• Bananlı xamalı jele resepti

Reseptin məlumatları Baxış sayı: 12 858

Tarix : 6-08-2016, 11:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q xama
100 q şəkər tozu
2 banan
15 q tezəriyən jelatin
25 q şokolad

Hazırlanması:
Otaq temperaturunda olan xamaya şəkər tozu əlavə edib mikserlə 5 dəqiqə, şəkər tozu tam əriyənədək çalın.
Jelatinin üzərinə 100 ml isti qaynamış su tökün (qaynar olmasın), jelatin tam əriyənədək qarışdırın. Daim qarışdıraraq otaq temperaturunadək soyudun.
Jelatini çalınmış xamaya qatın (enyi temperaturda olmalıdırlar ki, jelatin vaxtından əvvəl bərkiməsin), çalın.
Bananı təmizləyib iri kubik doğrayın.
Formalara yığın, üzərinə xamalı qarışığı tökün, soyuducuda ən azı 1-2 saat saxlayın.
Şokoladı sürtgəcin xırda gözündən keçirin.
Hazır xamalı jelenin üzərinə şokoladı səpin.

Nuş olsun!
Etiketlər: şəkər, jelatin, üzərinə, çalın, xamalı, əriyənədək, tökün, xamaya, Formalara, doğrayın, yığın, jelenin, kubik, səpin, bərkiməsin, Bananı, təmizləyib, qarışığı, soyuducuda, hazırlayırıq
BİZİ İZLƏYİN