• Çiyələkli maskarponi resepti

Reseptin məlumatları Baxış sayı: 11 882

Tarix : 1-11-2017, 22:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
300 qram çiyələk
250 qram maskorponi pendiri
150 qram yağlı qaymaq
3 xörək q. qəhvəyi şəkər
1 xörək q. rom
2-3 dənə ovulan peçenye

Hazırlanması:
2-3 çiyələyi bəzək üçün ayrı qaba qoyun.
Qalanını çəngəl ilə pure forması alana qədər yaxşı əzin.
Rom və ya arağı istilədib şəkərlə qarışdırn ki, şəkər ərisin.
Qaymağı mikserlə çalın və ərimiş şəkərə üzərinə əlavə edin.
Maskorponini də çəngəl ilə əzib qaymağa qatıb qarışdırın.
Yağlı kütləni furjerlərə doldurub üzərinə çiyələk püresindən tökün və bir az taxta çöp ilə qarışdırın.
15 dəqiqə soyuducuda saxlayın.
Bərkidikdən sonra üzərinə ovulmuş peçenye səpin və çiyələk qoyun.
Çiyələkli maskarponi servisə hazırdır.

Nuş olsun!
Etiketlər: üzərinə, çiyələk, xörək, qoyun, şəkər, peçenye, çəngəl, qarışdırın, əlavə, çalın, furjerlərə, şəkərə, Maskorponini, kütləni, doldurub, ərimiş, Yağlı, qaymağa, qatıb, tökün
BİZİ İZLƏYİN