• Çiyələkli waffle resepti

Reseptin məlumatları Baxış sayı: 12 490

Tarix : 9-08-2016, 12:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 stəksn süd
1 ədəd yumurta
1 Çay stəkanının ¼-i duru yağ
4 Yemək qaşığı şəkər
1 Paket qabartma tozu
1 Paket vanil
Bir çimdik duz
1.5 Su stəkanı un
Yarım kg çiyələk

Üzəri üçün:
şokolad
Sadə dondurma

Hazırlanması:
Şəkər və yumurta ağ olana qədər qarışdırılır, daha sonra üzərinə süd, duru yağ, qabarma tozu, vanil, duz və un əlavə edilib qarışdırılır.
Waffle aparatı yüngül yağlanıb qızdırılır və bir çömçə tavaya boşaldılır az temperaturda iki tərəfi də bərabər şəkildə bişirilir.
Tavadan götürülüb üzərinə şokolad çəkilir, üzəri çiyələklər ilə bəzədilir ən son da istəyə bağlı olaraq şokolad gəzdirilir.
Dondurma ilə servis edilir.

Nuş olsun!
Etiketlər: şokolad, Paket, vanil, yumurta, qarışdırılır, üzərinə, tərəfi, temperaturda, bərabər, şəkildə, bişirilir, boşaldılır, tavaya, yüngül, aparatı, yağlanıb, qızdırılır, çömçə, Tavadan, götürülüb
BİZİ İZLƏYİN