• Hürrəm gözü şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 12 768

Tarix : 9-10-2017, 18:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Muhallebisi üçün:
1 litr süd
1 su stəkanı un
1.5 su stəkanı şəkər
1 paket vanil
125 qram kərəyağı

Jelesi üçün:
1 paket kivi jelesi
1-2 ədəd kivi
5-6 ədəd peçenye

Bəzəmək üçün:
Fındıq

Hazırlanması:
Jeleni qutu üzərində yazılan şəkildə hazırlayırıq.
Daha sonra kiçik kasaların dibinə jeledən tökürük və ortasına kivi dilimi yerləşdiririk və soyuducuya qoyuruq, muhallebini hazırlayırıq.
Muhallebi üçün əvvəlcə kərəyağını əridirik içinə unu töküb qovururuq, rəngi dönənə qədər.
Daha sonra südü əlavə edib, qarışdırırıq.
Süd ilıq olanda şəkəri əlavə edirik, əriyənə qədər qarışdırırıq.
Qazdan götürdükdən sonra vanili tökürük.
Daha sonra kasaların digər yarısına muhallebini əlavə edirik ortasına 1 ədəd peçenye yerləşdiririk.
Prosesi ərzaqlar bitənə qədər təkrarlayırıq.
Soyuducuda 2-3 saat saxlayıb servis edirik.
Bəzəmək üçün biz fındıqdan istifadə etdik.

Nuş olsun!
Etiketlər: sonra, edirik, əlavə, qədər, tökürük, qarışdırırıq, kasaların, hazırlayırıq, Bəzəmək, peçenye, paket, ortasına, stəkanı, muhallebini, yerləşdiririk, içinə, şəkəri, töküb, qovururuq, rəngin
BİZİ İZLƏYİN