• Hellouin bayramına Toffee Apples və ya Karamel almaları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 295

Tarix : 16-08-2016, 14:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 balaca və ya orta ölçülü alma
450 qr. karamel konfet
4 x.q. yağlı süd və ya qaymaq
200 qr araxis
50 qr tünd şokolad
50 qr ağ şokolad

Hazırlanması:
Almaların hazırlanması
Bazardan alma alarkən çalışın eləsini alasınız ki, üstü mumlu olmasın, çünki mum karameli pis saxlayır, deməli, sizdə də bu, pis tutacaq. Əgər siz belə alma ala bilməmisinizsə, narahat olmayın, onları qida sodası ilə axar suyun altında yuyun, ya da 2 dəqiqə qaynar suda isladın ki, mum ərisin. Yaxaladıqdan sonra almaları qurudun, çöplərini çıxarın və ortasına taxta çubuq keçirin, bir növ dəstək yaradın. Yarımfabrikatı soyuducuya qoyun. Bunu ona görə etmək lazımdır ki, karameli çəkərkən o, tez bərkisin.

Hellouin bayramına Toffee Apples və ya Karamel almaları resepti - FOTO RESEPT

Karamelin əridilməsi.
Almaların örtülməsi üçün mən südlü uşaq karamel konfetlərindən istifadə edirəm. Bunları şəhərin istənilən super-marketlərindən, jelebon, tofita, çupa-çups və s. satılan şöbələrdən almaq olar.
450 qr karamelə 4 x.q. süd/qaymaq lazım olur. Bu 2 inqrediyenti ərimək üçün cəmi 3 dəqiqəyə bir qabda mikrodalğalı sobaya qoyuruq. Əgər sizin mikrodalğalı sobanız yoxdursa, onda bunu sınanılmış üsulla - buxar üzərində qızdırmaqla etmək olar.

Hellouin bayramına Toffee Apples və ya Karamel almaları resepti - FOTO RESEPT

Karamel əriyənə kimi araxisi xırda-xırda doğramaq lazımdır: bu, karamelli almaların aşağını səpmək üçün lazımdır. Yeri gəlmişkən, bunun üçün istənilən başqa qoz növündən, həmçinin m&m”s, marşmellou mini konfetlərindən, həmçinin xırdalanmış Snikers, Oreo peçenyeləri və s. istifadə etmək olar.

Hellouin bayramına Toffee Apples və ya Karamel almaları resepti - FOTO RESEPT

Almaların dəstəyindən tutaraq onların hər birini karamelə batırın, bir qədər axmağa imkan verin, sonra tez bir hərəkətlə karamelli almaların kənarlarına xırdalanmış qoz tökün. Yarım hazırlanmış şirniyyatı perqament və ya alüminium kağız üzərinə qoyun. Bu proseduru hər bir alma ilə təkrarlayın və onları 10 dəqiqə dinc qoyun.

Hellouin bayramına Toffee Apples və ya Karamel almaları resepti - FOTO RESEPT

Tünd və ağ şokoladı mikrodalğalı sobaya və ya buxar üzərinə qoyun. Onların hər birini kornetə/kulinar torbasına boşaldın və alma üzərinə istədiyiniz şəkildə naxış kimi tökün. Hazır məmulatları təqribən bir saatlığa soyuğa qoyun.

Hazır almaları porsiyaları nəzərdə tutulmuş şəffaf paketlərə yığıb ağzını lentlə bağlaya və üstünə sahibinin adı yazılmış kart bərkidə bilərsiniz. Belə gözəl, dadlı və yadda qalan hədiyyə hansı balacanın xoşuna gəlməz ki? Cavab aydındır - hamısı sevinəcək!

Hellouin bayramına Toffee Apples və ya Karamel almaları resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: qoyun, lazımdır, Almaların, mikrodalğalı, üzərinə, etmək, birini, karameli, sobaya, Hazır, onları, sonra, tökün, dəqiqə, almaları, istənilən, karamelə, istifadə, xırdalanmış, qaymaq
BİZİ İZLƏYİN