• Xurma şirniyyat resepti

Reseptin məlumatları Baxış sayı: 18 294

Tarix : 14-08-2016, 21:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 1-2


Tərkibi:
0,5 stəkan keşyu
0,5 stəkan günəbaxan tumu
0,5 stəkan küncüt toxumu
10-12 ədəd xurma (finiki)
2-3 xörək qaşığı su (ehtiyac olarsa)

Hazırlanması:
Xurmanın toxumlarını çıxarıb bütün inqridientləri mətbəx kombaynından keçirin. Lazım gəldikcə suyu əlavə edin. Alınan kütlədən ovcunuza götürərək dairəciklər hazırlayın. Daha sonra onları soyumaları üçün soyuducuda bir saat saxlayın.

İçərisinə zövqə görə ağ və qara kişmiş, qoz, fındıq, bal da əlavə edə bilərsiniz.

İstəyə görə dairəcikləri üyüdülmüş qoz, fındıq və ya kakos dənəcikləri ilə örtə bilərsiniz. Bunun üçün dairəcikləri həmin inqridientlərin üzərində gəzdirmək kifayətdir.

Diqqət! Enerji dəyəri çox yüksək olduğundan axşam bu şirniyyatı yemək məsləhət deyil, yuxunuz qaçacaq. Onu da nəzərə alın ki, gün ərzində 2-3 dairəcikdən çox yemək mümkün deyil :)

Nuş olsun!
Etiketlər: stəkan, dairəcikləri, yemək, əlavə, bilərsiniz, deyil, fındıq, zövqə, həmin, inqridientlərin, üzərində, gəzdirmək, Bunun, dənəcikləri, üyüdülmüş, kifayətdir, kakos, kişmiş, İstəyə, Enerji
BİZİ İZLƏYİN