Tərkibi:3-5 ədəd armud
150 qr kişmiş
150 ar ərik qurusu
50 qr qoz
2 xörək qaşığı bal
Bir neçə yarpaq nanə
Hazırlanması:Kişmiş və ərik qurusunu 30 dəqiqəlik suda islanmağa qoyun. Armudları yuduqdan sonra baş hissəsini ehtiyatla kəsib içərisindən bir qədər lətini götürün (kənarlarını kəsməmək şərtilə). Kişmiş və üzüm yumşaldıqdan sonra onları və qozu xırda şəkildə doğrayın. Armud lətini və balı da bu qarışığa əlavə edib qarışdırın. Armudun alt hissəsini nazik şəkildə kəsib hazırladığınız qarışığı içərisinə doldurun.
Süfrəyə verdikdə üzərini nanə yarpaqları, bal və şəkər pudrası ilə ilə bəzəyə bilərsiniz :)
Nuş olsun!
Etiketlər: lətini, kəsib, sonra, hissəsini, Kişmiş, şəkildə, doğrayın, hazırladığınız, nazik, Armudun, qarışığa, qarışdırın, Armud, əlavə, qarışığı, şəkər, pudrası, bəzəyə, bilərsiniz, yarpaqları