• Tez hazırlanan çiyələkli çizkeyk resepti

Reseptin məlumatları Baxış sayı: 12 333

Tarix : 2-02-2017, 21:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
60 qram yumuşaldılmış Brie pendiri
1 qutu krem pendir
2-3 yemək qaşığı şəkər
1 çay qaşığı limon şirəsi
2 fincan doğranmış təzə çiyələk
½ fincan yağ, doğranmış badam
Bal(zövqə görə)

Hazırlanması:
Brie pendirinin qabığını soyun. Orta ölçülü kasada brie pendirini, krem pendiri, şəkər və limon suyunu mikserle orta sürətdə tamam həll olunanacan qarışdırın. Bir kənara qoyun.
Çiyələyin yarısını 4 nəfərlik desert qabları arasında bərabər bölün. Üzərinə pendir qarışımının yarısını və badamların tarısını əlavə edin. Və bir qat daha qalan qarışımları bu qaydada üzərinə əlavə edin. Brie pendiri ilə krem pendiri qarışdırın və çiyələklə doğranmış badamları arasına düzün
Arzu edilərsə zövqə görə üzərinə bir iki damcı bal da əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: pendiri, əlavə, doğranmış, zövqə, üzərinə, qarışdırın, pendir, fincan, şəkər, qaşığı, yarısını, limon, badamların, tarısını, qarışımının, bərabər, arasında, bölün, Üzərinə, badamları
BİZİ İZLƏYİN