• Armudlu piroq resepti

Reseptin məlumatları Baxış sayı: 11 548

Tarix : 3-12-2016, 21:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
50 qr un
40 qr kərə yağı
50 qr şəkər tozu

Üstü üçün:
40 qr qoz ləpəsi
1 ədəd armud
5 qr darçın

Şirə üçün:
50 qr şəkər tozu
50 ml su

Dekor üçün:

Şokolad
Dondurma

Hazırlanması:
Otaq temperaturunda yumşaldılmış kərə yağı və un mikserlə çırpılır. Üzərinə şəkər tozu əlavə edilib çalınır. Xəmir kündələnib 15 dəqiqə soyuducuda saxlanır.
Şərbətin hazırlanması:
Şəkər tozu suda qarışdırılıb qaynadılır. Armudun qabığı soyulub dilimlənir . Üzərinə şərbət əlavə olunub bişirilir. Armud şərbəti tamamilə canına çəkəndə üstünə doğranmış qoz ləpəsi və darçın səpilir, qarışdırılıb odun üzərindən götürülür. Xəmir formaya yerləşdirilib üzərinə armudlu qarışıq yayılır. Piroq 180 dərəcəyədək qızdırılmış sobada 10 dəqiqə bişirilir. Hazır piroq şokolad və dondurma ilə dekor edilib süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: Xəmir, şəkər, dəqiqə, Üzərinə, əlavə, edilib, bişirilir, ləpəsi, qarışdırılıb, darçın, üzərinə, yerləşdirilib, formaya, səpilir, üstünə, çəkəndə, doğranmış, armudlu, üzərindən, götürülür
BİZİ İZLƏYİN