• Yüngül və ləzzətli bananlı maffin resepti

Reseptin məlumatları Baxış sayı: 14 607

Tarix : 26-09-2017, 18:00

Bölmə : Meyvəli şirniyyatlar / Digər reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
40q kərə yağı
1 stəkan un
1/2 stəkan şəkər tozu
1/2 banka qatılaşdırılmış süd
1/2 stəkan süd
1 ədəd yumurta
1 paket qabartma tozu
1 ədəd banan

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə 2-3 dəqiqə çalın. Kərə yağı və hər iki növ südü əlavə edərək yaxşıca qarışdırın. Daha sonra un və qabartma tozunu əlavə edib yenidən qarışdırın. Xəmiri öncədən yağlanmış maffin formaların 1/2 hissəsinə boşaldın. Bananı dairə şəkilində doğrayıb, xəmirin üzərinə qoyun. Sobanızı 180 dərəcəyə qədər qızdırıb 25-30 dəqiqə ərzində bişirin.

Nuş olsun!
Etiketlər: stəkan, dəqiqə, qarışdırın, əlavə, qabartma, şəkər, doğrayıb, hissəsinə, boşaldın, şəkilində, xəmirin, dairə, Bananı, qoyun, qızdırıb, ərzində, bişirin, qədər, dərəcəyə, formaların
BİZİ İZLƏYİN