• Pavlova resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 11 577

Tarix : 3-01-2017, 16:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Darya Gahramanova


Tərkibi:
yumurta ağları (otaq hərarətində) - 4 dənə
şəkər pudrası və ya xırdalanmış şəkər tozu - 220 q
qarğıdalı nişastası - şəkər pudrası istifadə edirsinizsə 1 x. q.; şəkər tozu istifadə edirsinizsə 2 x. q.
qaymaq 33% - 200-300 ml
şəkər tozu - 1 ç. q.
giləmeyvə

Hazırlanması:
Şəkəri nişastası ilə qarışdırın. Mən quru çəhrayı boyaq maddəsi əlavə etdim.

Pavlova resepti - FOTO RESEPT


Yumurta ağlarını bir çimdik duz ilə aşağı-orta sürətlə çalmağa başlayın.

Pavlova resepti - FOTO RESEPT

Pavlova resepti - FOTO RESEPT


Ağlar bir qədər ağaranda və artıralanda, tədricən, qaşıq-qaşıq şəkəri əlavə etməyə başlayın.

Pavlova resepti - FOTO RESEPT

Pavlova resepti - FOTO RESEPT


Əgər ağlar "bərk pik" vəziyyətinə çatıblarsa - yani kütlə qatıdır, qabı çevrilməklə kütlə sürüşmür, onda çalmağı dayandırın. Əgər bütün şəkəri əlavə etmədiniz, onda qalan şəkəri kütlənin üzərinə səpələyib altdan yuxarı hərəkətlərlə qarışdırın.

Pavlova resepti - FOTO RESEPT


Kütləni dairəvi şəkildə perqamentlə sərilmiş listin üstündə elə formalaşdırın ki, ortası dərin, qıraqları isə hündür olsun. 100 dərəcəyə isidilmiş sobada 1-1,5 saat ərzində bişirin (çox yumşaq olmamalıdır). Sobada soyudun.

Pavlova resepti - FOTO RESEPT

Pavlova resepti - FOTO RESEPT


İndi isə qaymağı 1 ç. q. şəkər tozu ilə çalın. Daha ətraflı burada.

Pavlova resepti - FOTO RESEPT

Pavlova resepti - FOTO RESEPT


Soyumuş merengaları çırpılmış qaymaq ilə doldurun. Giləmeyvə ilə bəzədin.

Pavlova resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, şəkəri, qaymaq, başlayın, kütlə, qaşıq, edirsinizsə, qarışdırın, pudrası, istifadə, nişastası, dərin, ortası, qıraqları, yuxarı, hündür, altdan, formalaşdırın, üstündə
BİZİ İZLƏYİN