• Meyvəli qəmbər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 11 951

Tarix : 10-01-2017, 12:00

Bölmə : Meyvəli şirniyyatlar / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
130 q kərə yağı
250 q un
125 q xama (qatıq)
80 q şəkər tozu
1 ç.q. qabartma tozu
1 çimdik duz
700 q istənilən meyvə və giləmeyvə
2 x.q. balzamik sirkə
5 x.q. şəkər tozu
2 x.q. şəkər pudrası

Hazırlanması:
Tavaya balzamik sirkə töküb 5 x. q. şəkər tozu əlavə edin. Şəkər tozu əriyəndə təmizlənib doğranmış meyvələri əlavə edin.

10 dəqiqə ağzıbağlı halda bişirin.

Xəmir üçün unu yağla ovun. Digər ərzağı qatıb yoğurun.
Təxminən 25 ədəd kündə tutun.

Meyvəni şirəsi ilə birlikdə formaya tökün. Üstündən bir-birindən azca aralı olmaqla kündələri düzün.

Üzərinə şəkər pudrası səpin (xırt-xırt olsun deyə). 180-190 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Süfrəyə isti-isti, çalınmış qaymaqla verə bilərsiniz.

Meyvəli qəmbər resepti - FOTO RESEPT

Meyvəli qəmbər resepti - FOTO RESEPT

Meyvəli qəmbər resepti - FOTO RESEPT

Meyvəli qəmbər resepti - FOTO RESEPT

Meyvəli qəmbər resepti - FOTO RESEPT

Meyvəli qəmbər resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, pudrası, əlavə, dəqiqə, balzamik, bişirin, sirkə, şirəsi, aralı, olmaqla, Meyvəni, birlikdə, birindən, kündələri, formaya, Üstündən, tökün, səpin, Süfrəyə, çalınmış
BİZİ İZLƏYİN