Tərkibi:2-3 ədəd kivi
2 əd portağal
4-5 əd naringi(mandarin)
1-2 əd banan
1 əd böyük alma
200 g qoz
1 paket krem şanti
1 st süd
2 x q şəkər
Hazırlanması:Meyvələri videodakı kimi doğrayın və qat-qat düzün.Süd,şəkər və krem şantini mikserlə tam bərkiyənə kimi qarışdırın,qabı çevirəndə qabda qalsın beze kimi.Qozuda sürtgəcdən vəya rondodan keçirib üzərinə səpə bilərsiniz.Üzərinə qoz əvəzinə səhər yeməyi üçün istifadə olunan qarğıdalılardan(cereals) da səpmək olur.Bu salata istənilən mövsümi meyvələr doğraya bilərsiniz.Amma,ən dadlı bu meyvələrlə olduğu üçün bunları istifadə etdim.Əgər krem şantini başqa birşeylə əvəz etmək istəsəniz meyvəli yoqurtlada əla olur.
Nuş olsun!
Etiketlər: şantini, istifadə, şəkər, bilərsiniz, salata, istənilən, mövsümi, meyvələr, səpmək, cereals, yeməyi, naringi, olunan, qarğıdalılardan, doğraya, dadlı, etmək, istəsəniz, meyvəli, yoqurtlada