• Bananlı karamelli desert resepti

Reseptin məlumatları Baxış sayı: 15 192

Tarix : 14-02-2017, 16:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd banan
Karamel şirəsi zövqə görə
250 qram qaymaq
10 ədəd peçenye
2/3 su stəkanı şəkər
¼ su stəkanı nişasta
½ çay q. duz
3 su stəkanı süd
2 yumurta
2 xörək q. kərə yağı
1 xörək q. vanil

Hazırlanması:
Bir qazan götürün.
Şəkər, duz, nişasta və südü əlavə edib oda qoyun.
Bərkiyənə qədər qarışdırın.
2 yumurtanı mikserlə çalın və qarışığa əlavə edin.
Qaynayan kimi oddan götürün, kərə yağı və vanil qatın.
Qaymağı mikserlə çalın.
Soyuducuya qoyun.
Desert hazırlamaq üçün forma qabları götürün.
Peçenyeni ovun və qablara töküb hamarlayın.
Üzərinə bərkimiş kremdən, halqa formasında kəsilmiş banan dilimi və çalınmış qaymaq qoyun.
Qaymağın üstünə peçenye ovuntusu qoyun və karamel tökün.
Bu prosesi bir də təkrarlayın.
Banan dilimləri ilə bəzəyin.
Bir az soyuducuda bərkiməyini gözləyin.

Nuş olsun!
Etiketlər: qoyun, stəkanı, götürün, banan, əlavə, mikserlə, xörək, çalın, vanil, peçenye, qaymaq, nişasta, Qaymağın, çalınmış, Üzərinə, hamarlayın, dilimi, bərkimiş, formasında, kremdən
BİZİ İZLƏYİN