• Quru meyvəli kəsmikli roll resepti

Reseptin məlumatları Baxış sayı: 14 826

Tarix : 16-08-2014, 10:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q kəsmik
1 x.q. şəkər pudrası
1 x.q. kokos yonqarı
3 ərik qurusu
3 gavalı

Hazırlanması:
Kəsmiyi şəkər pudrası ilə qarışdırın.

Qara gavalı və ərik qurusunu saman kimi doğrayın.

Qida plyonkasının üstünə kokos yonqarını səpin. Kəsmiyi döşəyin, hamarlayın.

Kəsmiyin üstünə qara gavalı və əriyi döşəyin. Sonra isə qida plyonkasının köməyi ilə sıx bükməklə roll hazırlayın.

15 dəqiqə soyuducuda saxlayın.

Doğrayın. Doğrayarkən bıçaq kəsmiyə yapışarsa, o zaman bıçağı isladın.

Süfrəyə verərkən üzərinə şəkər pudrası səpin, şokoladla, yaxud konfitürlə bəzəyin.

Nuş olsun!
Etiketlər: gavalı, şəkər, pudrası, döşəyin, plyonkasının, üstünə, səpin, Kəsmiyi, kokos, isladın, Doğrayın, Doğrayarkən, bıçağı, kəsmiyə, yapışarsa, zaman, bıçaq, verərkən, konfitürlə, bəzəyin
BİZİ İZLƏYİN