• Limonlu və yoqurtlu panakota resepti

Reseptin məlumatları Baxış sayı: 2 908

Tarix : 31-05-2017, 17:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
20 və ya 30%-li 250 qram qaymaq
130-150 qram şəkər tozu
1 paket vanel
14 qram jelatin
180 qram süd
240 qram yoqurt
Sürtgəcdən keçirilmiş limon qabığı

Hazırlanması:
Südü qaba töküb üstünə jelatin əlavə edirik.
Jelatin tam şişənə qədər 15 dəqiqə gözləyirik.
Sonra mikrodalğalı sobada 15 saniyə tam jelatin həll olana qədər qızdırırıq.
Ayrıca qabda qaymağa şəkər və vanel əlavə edib qarışdıra-qarışdıra qaynar vəziyyətə çatdırırıq.
Qaynatmaq olmaz.
Qaymaqla süd məhlullarını qarışdırırıq.
Yoqurt və sürtgəcdən keçirilmiş limon qabığının yarısını (qalan yarısı bəzək üçün) üzərinə əlavə edirik.
Hazırladığımız məhlulu forma və ya stəkanlara töküb ən azı 2 saat soyuducuda saxlayırıq.
Panakota süfrəyə tam soyuq, üzərinə nanə və sürtgəcdən keçirilmiş limon qabığı ilə verilir.

Nuş olsun!
Etiketlər: keçirilmiş, limon, əlavə, jelatin, qarışdıra, sürtgəcdən, üzərinə, edirik, töküb, qədər, şəkər, qabığı, vanel, verilir, qabığının, yarısını, qalan, Panakota, Yoqurt, Qaymaqla
BİZİ İZLƏYİN